...

Daha iki yaşayış məntəqəsi qazlaşdırılıb(FOTO)

Energetika Materials 18 Noyabr 2016 16:24 (UTC +04:00)
Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə təbii qaz verilib.
Daha iki yaşayış məntəqəsi qazlaşdırılıb(FOTO)

Bakı. Trend:

Bu gün Kürdəmirin Türkədi və Tərtərin Seydimli kəndlərinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 100 abonenti olan Türkədi və 625 abonenti olan Seydimli kəndlərinin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti