...

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi

Energetika Materials 1 İyun 2017 23:06 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 51,01 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 51,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,29 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 50,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 31-də 47,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 31-də 49,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti