...

Vüsal Qasımlı: Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təminatı üçün alternativ mənbədir

Energetika Materials 26 Oktyabr 2017 13:52 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması üçün alternativ mənbədir.
Vüsal Qasımlı: Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təminatı üçün alternativ mənbədir

Tallin. Ləman Zeynalova - Trend:

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması üçün alternativ mənbədir.

Trend-in məlumatına görə, bunu “Rəqəmsal iqtisadiyyat: şəffaf və sərhədsiz biznes üçün innovativ platforma” mövzusunda “Şərq tərəfdaşlığı”nın 4-cü biznes forumu çərçivəsində panel müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin adından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda Aİ-nin ən iri ticarət tərəfdaşıdır.

V.Qasımlı qeyd edib ki, Azərbaycan yeni iqtisadi modelə keçib: “Biz iqtisadi islahatların reallaşdırılmasına başlamışıq. Bunun birinci istiqaməti, institusional islahatların aparılmasıdır. Son illər ərzində Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strukturları yaradılıb. İkinci istiqamət ölkədə biznes mühitin yaxşılaşdırılması, üçüncü istiqamət biznes təşəbbüsləri, dördüncü istiqamət isə strateji yol xəritələridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti