...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 6 Dekabr 2017 23:20 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 64,59 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 64,59 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,07 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 63,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 5-də 60,9 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 5-də 63,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti