...

Xoşbəxt Yusifzadə: "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib (YENİLƏNİB)

Energetika Materials 23 Dekabr 2017 13:11 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib.
Xoşbəxt Yusifzadə: "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" adlı konfransda deyib.

Onun sözlərinə görə, TANAP layihəsi 2018, TAP layihəsi isə 2019-cu ildə hazır olacaq.

X.Yusifzadə bildirib ki, Azərbaycan müstəqil olandan sonra ölkənin vəziyyəti o qədər də yaxşı deyildi: "O zaman əsas məsələ neft sənayesinin imkanlarının yüksəldilməsi idi. Ona görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici sərmayələrin cəlbi üçün iş aparıldı. O zaman bizim bu sahədə təcrübəmiz yox idi. Prezident İlham Əliyevin bu danışıqlarda iştirak etməsi bizə kömək edirdi".

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyətindən danışan X.Yusifzadə qeyd edib ki, 2015-ci il iyunun 1-dək dünya bazarlarına milyonlarla ton neft ixrac olunub:

"1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti