...

Azərbaycan neftinin bareli 71 dollara satılır

Energetika Materials 23 Yanvar 2018 23:15 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib.
Azərbaycan neftinin bareli 71 dollara satılır

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 22-də 67,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 22-də 69,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti