Bakı. Azad Həsənli - Trend:
Neft qiymətlərinin hazırkı səviyyəsi Azərbaycan iqtisadiyyatının mülayim artımını dəstəkləyəcək.
Trend-in məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Agentliyin proqnozlarına əsasən, orta müddətli perspektivdə neftin qiyməti bir barrel üçün 40-60 dollar təşkil edəcək.
Mütəxəssislərin fikrincə, bu cür qiymətlər Azərbaycanda, Rusiyada və Qazaxıstanda ticarət üzərində olan təzyiqi azaldır.
Ümumlikdə qeyd olunur ki, 2018-ci ildə MDB ölkələri üçün suveren kreditqabiliyyətliliyi sabit qalacaq.