...

Azərbaycan neftinin bir bareli 73 dollara satılır

Energetika Materials 18 Aprel 2018 23:00 (UTC +04:00)
Azərbaycan neftinin bir bareli 73 dollara satılır.
Azərbaycan neftinin bir bareli 73 dollara satılır

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 73,06 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 72,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 67,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 17-də 71,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti