...

"Moody's" Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun rolu barədə (YENİLƏNİB) (FOTO)

Energetika Materials 24 May 2018 10:51 (UTC +04:00)
Azərbaycan əvvəlki kimi neft ixracından çox asılıdır.
"Moody's" Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun rolu barədə (YENİLƏNİB) (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan əvvəlki kimi neft ixracından çox asılıdır.

Trend-in məlumatına görə, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin eksperti Kristian Fanq Bakıda keçirilən Azərbaycan üzrə illik sammitdə deyib.

Ekspert qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər görülsə də, neft-qaz sektoru iqtisadiyyatda, o cümlədən ixracda və hökumətin gəlirlərində hələ də yüksək paya sahibdir:

"Neft-qaz sektorunun payına hələ də sənaye istehsalının 70 faizdən çoxu, ixracın 90 faizi və hökumətin gəlirlərinin 60 faizə yaxını düşür".

K.Fanq bildirib ki, ümumilikdə yaxın illərdə qaz istehsalının artırılması neft hasilatının azaldılmasından yaranan zərərləri tam ödəməyəcək:

"Cənub Qaz Dəhlizi"nin istismara verilməsi və 2020-ci ilədək layihənin maksimum inkişafı nəticəsində qaz ixracının artması neft ixracından əldə olunan vəsaitin təqribən yarısını gətirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti