Bakı. Trend:
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) əvvəlki kimi qlobal neft bazarında OPEK+ razılaşması vasitəsilə balansın əldə olunmasına sadiqdir.
Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında yayılan məlumatda deyilir.
Məlumatda bildirilir: "OPEK əvvəlki kimi təşkilat və "Əməkdaşlıq haqqında bəyannamə" vasitəsilə OPEK-ə daxil olmayan 10 ölkə ilə birlikdə bazarda sabitlik və balansın əldə olunmasına və qorunub saxlanmasına tam sadiqdir".
Qeyd edilir ki, OPEK neft hasil edən və təşkilata qoşulmağa davam edən ölkələr tərəfindən saxlanan marağı yüksək qiymətləndirir. Belə ki, son üç ildə Qabon, Ekvatorial Qvineya və Konqo Respublikası təşkilata üzv olub.