...

Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 27 Sentyabr 2020 02:16 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb

Bakı. Ləman Zeynalova - Trend:

İyul ayında Azərbaycan Türkiyəyə 1,9 milyard kubmetrdən çox təbii qaz ixrac edərək bu ölkəyə qaz ixracatçıları arasında liderliyini qoruyub saxlayıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən məlumat verir.

Bu göstəricidə Azərbaycandan sonra 843 milyon kubmetrlə Rusiya və 664 milyon kubmetrlə İran yer alır.

Ötən ilin iyul ayı ilə müqayisədə Azərbaycan və İrandan Türkiyəyə ixrac müvafiq olaraq 21,5 faiz və 9,5 faiz artıb, Rusiyadan isə 28,4 faiz azalıb.

Ümumilikdə, iyul ayında Türkiyənin təbii qaz idxalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti