...

BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

Energetika Materials 4 Fevral 2021 11:34 (UTC +04:00)
BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR-a verilən səmt qazının həcmi gündə orta hesabla 6 milyon kubmetr təşkil edib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərə 5,7 milyon kubmetrə bərabər olub.

Hesabatda qeyd olunur ki, səmt qazı əsasən Səngəçal terminalında və Neft Daşlarındakı qurğu vasitəsilə verilib:

"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti