...

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Energetika Materials 15 İyul 2021 19:31 (UTC +04:00)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 13,072 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azdır.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 74,9 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 17,458 milyon ton neft nəql edilib.

Yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,65 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti