...

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu azaldıb

Energetika Materials 12 Avqust 2021 17:03 (UTC +04:00)
OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

OPEC 2021-ci ilin ikinci yarısında qaz-kondensat istehsalının gözlənilən azalması ilə əlaqədar Azərbaycanda maye karbohidrogen hasilatının artımı ilə bağlı proqnozunu 20 min barel/sutka azaldıb.

Trend bu barədə OPEC-in hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, Azərbaycanda maye karbohidrogen hasilatı 2021-ci ildə 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.

Eyni zamanda Azərbaycanda 2022-ci il üzrə maye karbohidrogen hasilatı ilə bağlı proqnoz 39 min barel/sutka artırılıb. Gələn il, proqnozlara əsasən, hasilat 0,07 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq:

"2021-ci ilin iyun ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 milyon barel artaraq 0,73 milyon barel/sutka təşkil edib. Qaz-kondensat hasilatı əvvəlki ayla müqayisədə 11 min barel/sutka artaraq 122 min barel/sutka təşkil edib. İlin birinci yarısında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 min barel/sutka artaraq 154 min barel/sutkaya bərabər olub. Hesabat dövründə hasilatı 0,05 milyon barel/sutka azalaraq 0,59 milyon barel/sutka olub".

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti