...

Bu ilin birinci rübündə tankerlərlə daşınan xam neft və neft məhsullarının həcmi 960 min tonu ötüb

Energetika Materials 6 Aprel 2024 06:00 (UTC +04:00)
Bu ilin birinci rübündə tankerlərlə daşınan xam neft və neft məhsullarının həcmi 960 min tonu ötüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə cari ilin 1-ci rübündə daşınan yükün həcmi açıqlanıb.

ASCO-dan Trend-ə bildirilib ki, cari ilin yanvar-mart ayı ərzində quruma məxsus tankerlərlə ümumilikdə 960 796 ton xam neft və neft məhsulu çatdırılıb.

Bu dövrdə bərə gəmiləri ilə 8847 ədəd vaqon daşınıb. Həmçinin 8535 ədədi TIR, 615 ədədi minik maşını olmaqla, gəmi-bərələrlə 9150 ədəd avtonəqliyyat vasitəsi aparılıb.

Bundan başqa, ötən üç ayda bərələrlə 6172 sərnişin daşınıb.

Hesabat dövründə universal quru yük gəmiləri ilə daşımaların payı isə 154 988 ton olub.

Xəbər lenti

Xəbər lenti