...

İstilik mövsümündə Azərbaycandan Aİ-yə qaz ixracı artacaq - BEA

Energetika Materials 3 Oktyabr 2022 16:09 (UTC +04:00)
İstilik mövsümündə Azərbaycandan Aİ-yə qaz ixracı artacaq - BEA
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022/23-cü il istilik mövsümü ərzində Azərbaycandan Avropaya boru xətti ilə qaz tədarükü illik müqayisədə 70 faiz artacaq.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, qaz nəqli 33 milyon kubmetr/sutka təşkil edəcək.

"2022-ci ilin səkkiz ayı ərzində Azərbaycandan Aİ-yə qaz nəqli 50 faiz artıb. Avropa Komissiyası iyul ayında Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq barədə anlaşma memorandumu imzalayıb. Sənəddə qeyd olunur ki, 2022-ci ilun sonunda Azərbaycan qazının tədarükü 12 milyard kubmetrə çata bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti