...

TAP vasitəsilə Yunanıstan və İtaliyaya qaz nəqlinin həcmi açıqlanıb

Energetika Materials 29 Oktyabr 2022 12:47 (UTC +04:00)
TAP vasitəsilə Yunanıstan və İtaliyaya qaz nəqlinin həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik qaz kəməri (TAP) Yunanıstan və İtaliyaya tədarükün təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir və Rusiya qazının azalmış idxalını əvəz etməyə imkan yaradır.

Trend-in məlumatına görə, bu barədə bu həftə TAP-ın səhmdarlarından olan İspaniyanın "Enagas" şirkətinn hesabatında deyilir.

"TAP vasitəsilə sentyabrın 30-dək Avropaya 7,9 milyard kubmetr qaz tədarük olunub. Bunun 7 milyard kubmetri İtaliyaya, 0,9 milyard kubmetri Yunanıstana nəql edilib. Həmin göstəricilər müvafiq olaraq İtaliyanın qaz tələbatının 15 faizini, Yunanıstanın isə 20 faizini təmin edib", - hesabatdan deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti