...

Azərbaycanda "yaşıl" istiqrazların buraxılması planlaşdırılır

Energetika Materials 16 Noyabr 2022 17:03 (UTC +04:00)
Azərbaycanda "yaşıl" istiqrazların buraxılması planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin əvvəlində Azərbaycanda "yaşıl" istiqrazların buraxılması planlaşdırılır.

Bunu bu gün Asiya İnkişaf Bankının investisiyalar üzrə mütəxəssisi Sənan Şabanov Trend-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə 3-4 şirkətlə danışıqlar aparılır.

"Qeyd edim ki, bu şirkətlər özəl sektorun Azərbaycan kapitallı şirkətləridir. Biz bu istiqamətdə marağın artmasını görürük və iştirakçıların sayının tezliklə artmasını gözləyirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti