...

Fatih Dönməz TANAP-ın gücünün artırılması şərtləri haqqında

Energetika Materials 20 Dekabr 2022 18:16 (UTC +04:00)
Fatih Dönməz TANAP-ın gücünün artırılması şərtləri haqqında
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) gücünün artırılması maraqlı tərəflər arasında konsensus tələb edir.

Trend DHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz brifinq zamanı deyib.

O, qaz kəmərinin ötürücülüyünün ildə 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər artacağına ümid etdiyini bildirib.

"Türkiyə təkcə öz enerji ehtiyacını ödəməklə kifayətlənməyəcək, həm də enerji ehtiyatlarının Avropaya, xüsusən də Cənub-Şərqi Avropaya nəqlinə dəstək verəcək", - nazir əlavə edib.

Dönməz qeyd edib ki, mühüm vəzifələrdən biri Türkiyəni enerji ticarəti mərkəzinə çevirməkdir.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Avropaya 10,3 milyard kubmetr qaz ixrac edib. Türkiyəyə 7,6 milyard, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac edilib.

Bu il qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb. 2022-ci ilin hesabat dövründə Trans-Anadolu qaz boru kəməri vasitəsilə Türkiyəyə nəql olunan qazın həcmi 5,2 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 20,1 milyard kubmetr qaz ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti