...

Əlcəzair növbəti iki il ərzində neftin bir barrelinin qiymətinin 70 dollar olacağını proqnozlaşdırır

Energetika Materials 26 Dekabr 2022 07:51 (UTC +04:00)
Əlcəzair növbəti iki il ərzində neftin bir barrelinin qiymətinin 70 dollar olacağını proqnozlaşdırır

Bakı. Trend:

Əlcəzair hökuməti bazarda xam neftin bir barelinin qiymətinin 2023-cü ildən 2025-ci ilə qədər 70 dollar olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə bazar günü Əlcəzair prezidenti Abdelmacid Tebbun tərəfindən imzalanan dövlət büdcəsi haqqında qanunda deyilir.

Sənəddə 2023-cü il üçün makroiqtisadi və büdcə göstəriciləri, 2024 və 2025-ci illər üçün proqnozlar yer alıb. Neftin bir barelinin baza qiyməti 2023-cü ildən 2025-ci ilə qədər 60 dollar, eyni dövr üçün bazar qiyməti isə 70 dollar səviyyəsində proqnozlaşdırılır.

Hökumət Əlcəzairdə inflyasiyanın 2023-cü ildə 5,1%-ə, 2024-cü ildə 4,5%-ə və 2025-ci ildə 4%-ə qədər yavaşlamasını gözləyirlər. Eyni zamanda iqtisadi artım 4,1%, 4,4% və 4,6% olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti