Bakı. Trend:
Avropa İttifaqı (Aİ) hüdudlarından kənardakı ölkələrin ixracından asılılığı azaltmaq üçün faydalı qazıntı ehtiyatlarını yığmalıdır.
Trend-in məlumatına görə, bu barədə İsveçin energetika və sənaye naziri Ebba Buş Bloomberg agentliyinə müsahibəsində deyib.
"Bizdə bu mühüm minerallar olmasa, "yaşıl" enerjiyə keçidi tamamlaya bilmərik", - o Stokholmda Aİ-dəki həmkarları ilə görüşdən sonra deyib.
Həmçinin, nazir müavini "Aİ-nin "yaşıl" enerjiyə keçidinin gələcəyini birliyin hüdudlarından kənardakı bir və ya bir neçə ölkənin əllərinə verməyin" düzgün olmadığına dair xəbərdarlıqla çıxış edib.
Bloomberg-in məlumatına görə, Aİ "yaşıl" texnologiyaların sürətli inkişafına çalışır. Külək dəyirmanları, günəş batareyaları və ya akkumlyatorlarının istehsalı üçün litium, nadir metallar və digər resurslar lazımdır. Aİ onları əsasən Çin, Türkiyə, Braziliya və Rusiyadan idxal edir. Bu resursların yalnız kiçik bir hissəsi Avropada hasil olunur.
Avorpa Komissiyası gələn ay "“Kritik əhəmiyyətli xammallar haqqında” Akt təqdim etmək niyyətindədir və bu akt strateji resurs ehtiyatlarının yaradılması üçün zəruri olacaq. Yarım ildir ki, Aİ-yə sədrlik edən İsveç bu təşəbbüsü prioritetləşdirmək istəyir. Bununla belə, birliyin heç də bütün ölkələri bu cür yanaşma ilə razı deyil. Belə ki, Niderlandın iqtisadiyyat naziri Mikki Adriansensin agentliyə bildirdiyinə görə, ehtiyatların yaradılmasına dair qərar qəbul etməzdən əvvəl Aİ təchizat zəncirində hansı zəruri minerallarım lazım olduğu haqqında konkret məlumatlar almalıdır.