...

"Equinor"un Azərbaycandakı dövriyyədənkənar aktivlərinin həcmi açıqlanıb

Energetika Materials 16 Fevral 2023 10:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin "Equinor" şirkətinin Azərbaycandakı dövriyyədənkənar aktivləri 31 dekabr 2021-ci il tarixindəki 1,654 milyard dollarla müqayisədə 31 dekabr 2022-ci il tarixində 1,654 milyard dollar olub.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, şirkətin Azərbaycanda dövriyyədənkənar aktivləri 15,3 faiz azalıb.

"Equinor"un ümumi dövriyyədənkənar aktivləri 31 dekabr 2021-ci il tarixindəki 71,213 milyard dollarla müqayisədə 31 dekabr 2022-ci il tarixində 64,414 milyard dollar təşkil edib, ki bu da 9,5 faiz azalmadan xəbər verir.

Qeyd edək ki, "Equinor" Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayıb. Şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.

30 may 2018-ci il tarixində "Equinor" və SOCAR arasında "Qarabağ" neft yatağı üzrə Saziş və Xəzər dənizində Əşrəfi-Dan ulduzu-Aypara sahəsində hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. "Equinor" və SOCAR hər iki layihədə bərabər paylara malikdir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti