...

IGB Bolqarıstanın və bütünlükdə regionun enerji diversifikasiyasına böyük töhfədir - Rumen Radev

Energetika Materials 17 Fevral 2023 12:36 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara verilməsi Bolqarıstanın və bütünlükdə Cənub-Şərqi Avropa regionunun enerji diversifikasiyasına böyük töhfə oldu.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev "Kathimerini" qəzetinə müsahibəsində deyib.

"Biz transsərhəd enerji infrastrukturunun və birgə irimiqyaslı investisiya layihələrinin inkişafını aktivləşdirməyə davam edirik. Yunanıstanın Aleksandrupolis şəhəri yaxınlığında maye təbii qaz (MTQ) terminalının inşası davam edir. Terminalın 2023-cü ilin sonlarınadək istismara veriləcəyini və IGB ilə tam sinergiya əsasında dünya maye təbii qaz bazarına çıxış təmin edəcəyini gözləyirik", - Prezident aydınlıq gətirib.

R.Radev cari problemlərin enerji əlaqələrinin inkişafının və alternativ mənbələrə çıxışın təmin edilməsinin vacibliyindən bariz xəbər verdiyini bildirib.

"Biz ancaq birlikdə iqtisadiyyatlarımızın potensialını kəşf edə və inteqrasiyamızı daha da dərinləşdirə bilərik. Ümumi problemlərin həllinə bu cür regional yanaşmaya misal olaraq Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Slovakiya və Avstriya arasında əlavə həcmdə Azərbaycan qazının Avropa İttifaqına (Aİ) nəqli üçün bu ölkələrin qaz şəbəkələrinin birləşdirilməsi haqqında saziş olan "Həmrəylik halqası"nı göstərmək olar", - Bolqarıstan Prezidenti deyib.

Qeyd edək ki, IGB Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyası üçün ilk marşrut olmaqla tədarüklərin yüksək təhlükəsizliyinə zəmanət verir və təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və məişət istehlakçıları üçün qiymətlərin optimallaşdırılmasının ilkin şərtidir.

182 km uzunluqdakı qaz kəməri Komotini və Stara-Zaqora məntəqələrində Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini birləşdirməklə Bolqarıstanın Azərbaycan qazını nəql edən Trans-Adriatik Boru Kəmərinə birbaşa çıxışını təmin edir. IGB-nin ümumi gücü illik 3 milyard kubmetr təşkil edir ki, bunun da 1,57 milyard kubmetri - uzunmüddətli sazişlərlə 25 ilədək müddətə bron edilib. Sərbəst ötürmə imkanları PRISMA və RBP platformalarında təklif olunur.

Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan Avropa Komissiyasına Azərbaycandan əlavə qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə müraciət edib. Söhbət mövcud infrastrukturun inkişafından, yeni interkonnektorların inşasından və artıq mövcud olanların ötürücülük qabiliyyətinin genişləndirilməsindən gedir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti