...

IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər

Energetika Materials 17 Mart 2023 11:47 (UTC +04:00)
IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan inetrkonnektoru (IGB) müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində ICGB boru kəməsi operatorunun icraçı direktoru Teodora Georgiyeva deyib.

"IGB-nin iki Avropa platformasında sərbəst ötürmə imkanları əlçatan olmaqla müvafiq qaydalara riayət edən və maraqlı bütün yükgöndərənlər üçün açıqdır. Mövcud infrastruktur, o cümlədən Trans-Balkan qaz kəməri sayəsində IGB Moldova və Ukrayna kimi region ölkələri üçün diversifikasiya olunmuş qaz nəqlini təmin edə bilər", - o deyib.

Georgiyeva bu qaz nəqli marşrutunun istifadəsi məsələsinin ötürmə sisteminin operatoru olaraq ICGB-dən asılı olmadığını qeyd edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti