...

Mərkəzi Asiya dünyanın bərpa olunan enerji mənbələri ilə ən zəngin regionlarından biridir - Nazir

Energetika Materials 27 Aprel 2023 12:50 (UTC +04:00)
Mərkəzi Asiya dünyanın bərpa olunan enerji mənbələri ilə ən zəngin regionlarından biridir - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan da regionun bütün digər ölkələri kimi bərpa olunan enerji mənbələrinin (BEM) istehsalı planında dünyanın ən zəngin ölkələrindən biridir.

Trend-in müxbiri xəbər verir ki, bunu 2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF-2023) açılışında Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui deyib.

Nazir bu gün Özbəkistanın son dərəcə cəlbedici investisiya istiqaməti olduğunu qeyd edib.

"Ölkə yenidən şəkillənən qanunvericiliyi sayəsində biznes imkanlarının diversifikasiya olunmuş portfelini təklif edir. Masdar kimi şirkət Özbəkistanın enerji sektorunda öz layihələrini həyata keçirməyə davam edir", - o deyib.

Qeyd edək ki, Özbəkistanda təkcə bu il ümumi gücü 900 meqavat olan üç BEM layihəsi istismara veriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti