...

Azərbaycan Avropanın yaşıl hidrogen tədarükçüsü olmaq üçün çox gözəl imkana malikdir - Atlantic Council

Energetika Materials 27 İyul 2023 12:13 (UTC +04:00)
Azərbaycan Avropanın yaşıl hidrogen tədarükçüsü olmaq üçün çox gözəl imkana malikdir - Atlantic Council
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün resurslara və lazımi infrastruktura malikdir.

Bu barədə Trend-ə Atlantik Şuranın (Atlantic Council) Qlobal Enerji Mərkəzinin ştatdankənar baş elmi işçisi Çarlz Ellinas deyib.

"Avropa 2030-cu ilədək iqlim sahəsində çox iddialı hədəflərə çatmağa və 2050-ci ilədək tullantıların səviyyəsini sıfıra endirməyə tərəfdardır. Bu qazıntı yanacağı istehlakını əvəzləmək üçün yaşıl enerji tədarüklərin artırmağı tələb edir. Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinin mühüm potensialına malik ölkə olaraq müəyyən edib. Ölkədə Avropaya ixrac etmək məqsədilə yaşıl hidrogen istehsalını inkişaf etdirmək üçün resurs və lazımi infrastruktur mövcuddur. Avropanın yaşıl hidrogen üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq ona idxal lazım olacaq ki, bu da Azərbaycanın qarşısında çox gözəl imkanlar açır", - o deyib.

Ellinas qeyd edib ki, daxili qaz istehlakının bərpa olunan enerji mənbələri ilə əvəzləmək ixrac üçün qaz həcmlərini azad edir.

"Azərbaycan bununla Avropaya 20 milyard kubmetrdək qaz ixrac etmək üçün yetərincə qaz hasil edə bilər. Artan qaz həcmlərinin tədarükü üçün TAP-ın imkanlarının genişləndirilməsi avropalı idxalçılardan uzunmüddətli sazişlər bağlamağı tələb edir. Son illərə qədər bu, "REPowerEU" kimi Avropada uzunmüddətli qaz tələbatını şübhə altında qoyan Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı problem olaraq görünürdü. Lakin hazırda Avropanın hələ uzun müddət qaza ehtiyacı olacağı getdikcə daha çox anlaşılır, belə ki, getdikcə daha çox Avropa şirkəti Qətər və ABŞ-dən tədarükçülərlə maye təbii qaz (MTQ) idxalı üzrə uzunmüddətli sazişlər imzalayırlar. Azərbaycan bundan yararlanaraq Avropaya qaz tədarükünün artacağına və etibarlılığına zəmanət verməlidir. Lazımi infrastrukturun böyük hissəsi, Cənub Qaz Dəhlizi ilə genişləndirmə layihəsini həyata keçirmək daha asan və sürətlidir. Yeganə tələb qaz tədarükü üzrə uzunmüddətli sazişlərin bağlanmasıdır",- deyə ekspert əlavə edib.

Qeyd edək ki, Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramı"nın təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisinin texniki potensialı 157 GVt olaraq qiymətləndirilir ki, bu da hazırda ümumi quraşdırılmış təqribən 8 GVt güc ilə müqayisədə çox böyük göstəricidir.

Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən dərc edilmiş "Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi" ölkənin 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 GVt olan külək elektrik stansiyası quraşdırmaq potensialına malik olduğundan xəbər verir. Bu, 69 000 insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard ABŞ dollarınadək ümumi əlavə dəyəri təmin edə bilər.

Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən aparılan tədqiqat Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib.

ACWA Power" və "MASDAR" ilə sazişlər, həmçinin Avstraliyanın "Fortescue Future Industries" şirkəti ilə 12 qiqavat enerji üzrə saziş Avropaya enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji əhəmiyyət kəsb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti