...

bp "Şahdəniz" yatağından qaz və kondensat hasilatının həcmini açıqlayıb

Energetika Materials 3 Avqust 2023 15:17 (UTC +04:00)
bp "Şahdəniz" yatağından qaz və kondensat hasilatının həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından təqribən 13 milyard kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Beləliklə, yataqdan qaz və kondensat hasilatının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə, dəyişməz olaraq qalıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.

2023-cü ilin birinci yarısında bp və tərəfdaşlarının "Şahdəniz" yatağının işlənməsinə çəkdiyi əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 1 milyard 208 milyon dollar və 408 milyon dollar olub. Bu xərclərin böyük əksəriyyəti yatağın işlənməsinin ikinci fazasını təşkil edən "Şahdəniz 2" layihəsinə aid olub.

"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti