Bakı. Trend:
2023-cü ilin ilk yarısında Səngəçal terminalından gündəlik orta hesabla təxminən 72 milyon kubmetr "Şahdəniz" qazı göndərilib. 2022-ci ilin ilk yarısında isə bu göstərici 69 milyon kubmetr olub.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Beləliklə, "Şahdəniz" yatağından qaz nəqlinin həcmi illik hesablamada təqribən 4,4 faiz artıb.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon kubmetrdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn