...

Azərbaycan neft ixracını azaldıb

Energetika Materials 18 Aprel 2024 11:36 (UTC +04:00)
Azərbaycan neft ixracını azaldıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi neft 2023-cü ilin analoji dövrü ilə müqayisədə, 17,6 faiz azalaraq 5,6 milyon tona düşüb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixracından əldə etdiyi gəlir 3,49 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilin ynvar-mart ayları ilə müqayisədə 18,27 faiz azdır.

2024-cü ilin ynvar-mart aylarında Azərbaycanın ümumi ixrac strukturunda neftin payı 58,32 faiz olub. 2023-cü ilin analoji dövründə isə ölkənin ümumi ixracında "qara qızıl"ın payı 55,19 faiz olub.

2024-cü ilin ynvar-mart aylarında Azərbaycan 17 ölkəyə neft ixrac edib.

Qeyd olunan dövrdə Azərbaycandan ən çox neft idxal edən üç ölkə İtaliya (1,234 milyard dollar dəyərində 1,93 milyon ton neft), İsrail (0,621 milyard ABŞ dolları dəyərində 1,022 milyon ton) və Hindistan (0,454 milyard dollar dəyərində 0,713 milyon ton) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti