...

STAR NEZ-in fəaliyyəti texniki-profilaktika işləri üçün dayandırılıb

Energetika Materials 5 Sentyabr 2024 14:42 (UTC +04:00)
STAR NEZ-in fəaliyyəti texniki-profilaktika işləri üçün dayandırılıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"SOCAR Turkiye" qrupuna aid STAR neft emalı zavodu (NEZ) 5 sentyabrdan dayandırılaraq, texniki-profilaktika və modernizasiya işlərinə başlayır.

Trend bu barədə “SOCAR Turkiye”yə istinadən xəbər verir.

Tədbir çərçivəsində zavodun bütün avadanlıqları yoxlanılacaq və təmir ediləcək. İşlər təxminən 2 ay davam edəcək və əsas məqsəd zavodun səmərəliliyini artırmaq, eləcə də, iş müddətini (texniki xidmətin və profilaktik işlərin arasındakı dövrlər) 4 ildən 5 ilə uzatmaqdır.

Hazırkı məlumata görə, 2024-cü il üçün STAR NEZ Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 19,5 faizini ödəyir. Planlı dayandırılma və texniki xidmət zavodun istehsal gücünü 2,5 faiz artıracaq.

"SOCAR Turkiye" təmir işlərini mütəxəssislər və beynəlxalq məsləhətçilərlə birlikdə planlaşdırıldığını bildirir. Həmçinin, "SOCAR Turkiye"nin "Neft Emalı və Neftkimya Zavodu" işçiləri təhlükəsizlik və əməyin mühafizəsi üzrə ətraflı təlimlərdən keçiblər.

Texniki-profilaktika işlərinin başa çatması ilə ümumi iş vaxtının 3,2 milyon insan-saatına çatması planlaşdırılır.

Texniki-profilaktika və modernizasiya işləri şirkətin əməliyyat səmərəliliyini artıracaq, qabaqcıl texnologiyaları tətbiq edəcək və uzunmüddətli davamlı böyümə məqsədinə çatmaq üçün sərmayələrin artırılmasını təmin edəcək.

Qeyd edək ki, STAR Neft Emalı Zavodu "Petkim" neft-kimya holdinqi ilə əlaqəlidir və bütün neft xammalını bu holdinqə göndərir.

STAR NEZ 2018-ci ilin oktyabr ayında istifadəyə verilib və illik 13 milyon ton neft emal etmək qabiliyyətinə malikdir.

Zavod İzmir yaxınlığlında yerləşir və onun tikintisinə yatırılan sərmayənin məbləği təxminən 7 milyard ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti