...

IGB-nin operatoru gələcəkdə tələbatın artımına fəal şəkildə hazırlaşır (ÖZƏL)

Energetika Materials 13 Fevral 2025 09:38 (UTC +04:00)
IGB-nin operatoru gələcəkdə tələbatın artımına fəal şəkildə hazırlaşır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGB şirkəti texniki və əməliyyat hazırlığı həyata keçirməklə tələbatın gələcək artımına fəal şəkildə hazırlaşır.

Bu barədə ICGB şirkətindən Trend-in sorğusuna verilən cavab olaraq bildirilib.

“ICGB buraxıcılıq qabiliyyətinin genişləndirilməsinə olan tələbatın qiymətləndirilməsi üçün hər növbəti tək ildə bazar sınaqlarının həyata keçirilməsini tələb edən CAM reqlamentinə ciddi şəkildə əməl edir. Şirkət tələbatın artacağı təqdirdə, IGB qaz kəmərinin artırılmış gücünün səmərəli idarəolunmasını təmin etmək üçün buna fəal şəkildə hazırlaşır”,- deyə ICGB-dən bildiriblər.

Şirkətdən qeyd olunub ki, gücün cari illik 3 milyard kubmetrdən illik 5 milyard kubmetrə yüksəldilməsi üzrə strateji qısamüddətli planlar istiqamətində iş aparılır. "Stara Zaqoradakı qazölçən stansiyanın texniki layihəsi artıq yekunlaşıb və müvafiq orqanlar tərəfindən yoxlanışdan keçir. Qaz kəmərinin hər iki qazölçmə stansiyası üçün texniki spesifikasiyalar tərtibatın sonuncu mərhələlərindədirlər və korporativ təsdiq və səhmdarların qərarlarından sonra layihələndirmə, alqı-satqı və tikinti üzrə (EPC) tenderin əsasını təşkil edəcək.

“Şaquli qaz dəhlizi” təşəbbüsünün gerçəkləşdirilməsinə cəlb olunmuş qaz nəqli sisteminin (TSO) operatorlarının əməkdaşlıq çərçivəsində biz Avropa İttifaqından qrant maliyyələşməsinin tətbiq olunması üzərində aktiv şəkildə işləyirik. Bu səylər investisiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, ocümlədən ICGB-nin rəqabətədavamlı tarif səviyyyəsinin qorunub saxlanılmasına yönəlib. Paralel olaraq maliyyələşmənin alternativ variantları, o cümlədən Amerika qrantları və yerli maliyyə resursları nəzərdən keçirilir”,- deyə şirkətdən əlavə ediblər.

ICGB-dən həmçinin qeyd ediblər ki, onların genişlənmə məqsədli tədarük strategiyası artıq tam olaraq hazırdır və yaxın zamanda şirkət tender prosesini işə sala bilər.

“Bununla yanaşı, ICGB rəhbərliyi diqqəti layihənin uğurlu həyata keçirilməsini təmin etmək üçün zəruri maliyyələşmənin təmin olunmasına yönəldib”, – deyə şirkətdən qeyd edilib.

Qeyd edək ki, IGB Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulmasına imkan yaradır və ‘Şaquli Qaz Dəhlizi’nin bir hissəsidir. Qaz kəməri regionda enerji inteqrasiyasını və təhlükəsizliyini gücləndirərək, yeni və şaxələndirilmiş mənbələrdən təbii qaz əldə etmək imkanı yaradır. Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir və bu göstəricinin 5 milyard kubmetrədək artırılması potensialı mövcuddur. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini təmin edir və Moldova, Ukrayna kimi əsas bazarlara etibarlı tədarük marşrutu yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti