...

SOCAR-ın əsas payçı qismində istismar etdiyi yataqlarda neft və qaz hasilatının həcmi məlum olub

Energetika Materials 11 Aprel 2025 14:51 (UTC +04:00)
SOCAR-ın əsas payçı qismində istismar etdiyi yataqlarda neft və qaz hasilatının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,5 milyon ton neft, 7,7 milyard kubmetr qaz hasil olunub.

Bu barədə Trend SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Məlumata görə, SOCAR tərəfindən sözügedən yataqlarda neft hasilatı 0,2 milyon ton və ya 2,6%, qaz hasilatı isə 0,7 milyard kubmetr və ya 8,3% azalıb.

Hesabat dövründə ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% artaraq, 50,4 milyard kubmetr təşkil edib.

Ümumilikdə isə, il ərzində Azərbaycanda 29 milyon tondan çox xam neft hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti