...

JBIC EKSPERTLƏRİ AZƏRENERJI SC İLƏ DANIŞIQLAR APARIBLAR

Energetika Materials 4 İyul 2005 14:23 (UTC +04:00)

Azərenerji-dən Trend agentliyinə verilən məlumata görə, Yaponiya Beynəlxalq Əməkdaşlıq bankının (JBIC) ekspertləri Kauzido Teuçi və Kimixo Xauami "Şimal" QRES-də gücü 400 MVt olan ikinci buxar-qaz qurğusunun (BQQ) inşası layihəsi çərçivəsində Azerenerji SC ilə danışıqlar aparıblar.

Danışıqların məqsədi layihə çərçivəsində məsləhətçinin seçilməsinin müzakirəsi olub. Əvvəlcə Azərbaycan tərəfi Yaponiyaya layihənin təcili olaraq həyata keçirilməsi üçün maraqlı şirkətlər tərəfindən edilən daha optimal təklifi seçməyi məsləhət görüb. Lakin Yaponiya tərəfi bununla razılaşmayaraq, tenderin keçirilməsini təklif edib. Buna görə də məsləhətçinin seçilməsi üçün beynəlxalq tender keçirələcək.

JBIC-nin Shimal QRES-də gücü 400 MVt olan buxar-qaz qurğusunun inşasına Azərbaycan üçün 29 mlrd 280 yen (275t mln dollar) güzəştli və uzunmüddətli kreditin ayırması haqqında razılıq mayın 13-də Bakıda imzalanıb. JBIC-nin kreditləri 10 illik güzəştlə 40 il müddətinə və 0,75 % tariflə verilib. Layihənin ümumi dəyəri 330 mln dollardan artıqdır.

Layihədə gücü 400 MVt olan buxar-qaz qurğularının, uzunluğu 107 km olan 220 kV-luq iki halqalı ötürücü xəttin inşasını, həmçinin ötürücü xətlərin və yarımstansiyalırın bərpası nəzərdə tutulur.

TİƏ-yə görə, layihənin həyata keçirilməsi 30 aya qədər çəkə bilər, lakin Azərbaycan hökuməti bu prosesin tezləşdirilməsi məqsədi ilə bəzi prosedurları ixtisara salmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti