...

ARDNŞ AVQUSTDA KEÇİRİLƏN TENDERDƏ NOVOROSSİYSKDƏN 142 MİN TON NEFT SATACAQ

Energetika Materials 1 Avqust 2005 16:00 (UTC +04:00)

Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) Novorossiysk limanından FOB şərtilə 142 min ton Urals neftinin satışı üzrə bu gün tender elan edib.ARDNŞ-də Trend agentliyinə bildirilib ki, tenderin avqustun 9-da bağlanılması planlaşdırılır.

"Biz avqustun 29-30-da Novorossiyskdən 142 min ton neft yükləməyi nəzərdə tuturuq" -deyə ARDNŞ-də bildirilib.

İlin əvvəlindən keçirilən tenderlərdə ARDNŞ-dən nefti aşağıdakı şirkətlər alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton);
İyul - Mercuria Energy Trading (170 min ton);
Avqust - Sun Oil (164 min ton).

Xəbər lenti

Xəbər lenti