...

AR DNŞ "QAZEKSPORT"DAN BAHA QİYMƏTƏ QAZ ALMAYACAQ

Energetika Materials 20 Sentyabr 2005 11:31 (UTC +04:00)

"Əgər "Qazprom" ASC Azərbaycana tədarük olunan qazın qiymətini qaldırsa, Dövlət Neft Şirkəti bu yanacağı almayacaq". Bu barədə jurnalistlərə AR DNŞ rəhbəri Natiq Əliyev bilidirb. Hazırda "Qazeksport" MMC ("Qazprom"un törəmə strukturu) Azərbaycana 1000 m3-i $60 min dəyərində qaz tədarük edir.

"Hələlik qiymətlərin qalxması barədə bizim rəsmi məlumatımız yoxdur. Lakin ilin sonu üçün sürprizlər istisna olunmur. Hesab edirəm ki, MDB ölkələri üçün qiymət kəskin şəkildə qalxmayacaq. Əgər bu baş versə, Azərbaycan baha qiymətə qaz almayacaq", - deyə AR DNŞ rəhbəri qeyd edib.

"Qazeksport" 2005-ci ilin yanvar-avqust aylarında Azərbaycana 3,246 mlrd m3 qaz tədarük edib. Bu göstərici 2004-cü ilin 8 ayı ərzində 3,002 mlrd m3 təşkil edib. Avqustda "Qazeksport" Azərbaycana 296 mln m3 qaz tədarük edib ki, bu da iyul ayı ilə müqayisədə 54,6 mln m3 azdır. Cari ildə AR DNŞ "Qazeksport"dan 6 mlrd m3 qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı-Məhəmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti