...

USAID İSTİLİK TƏCHİZATI PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRƏCƏK

Energetika Materials 13 Oktyabr 2005 17:03 (UTC +04:00)

Oktyabrın 20-21-də ABŞ Beynəlxalq inkişaf agentliyi (USAID) Bakıda istilik təchizatının problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirmək niyyətindədir.Bu barədə Trend ə USAID tərəfindən maliyyələşdirilən "Azərbaycanın energetika sektoruna texniki yardım göstərilməsi" layihəsinin işçi qrupunun üzvü İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, oktyabrın 20-də az gücə malik istilik istehsalçısı olan bazarlar və texnologiyalar sahəsində yeniliklərə həsr olunmuş beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur.Oktyabrın 21-də keçmiş SSRİ ölkələrində istilik sektorunda institusional islahatlara həsr olunmuş konfrans keçiriləcək.

İ.Mirzəliyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın müvafiq dövlət orqanlarını və istilik təchizatı sektorundakı mütəxəssisləri Şərqi Avropa və keçmiş SSRİ ölkələrində olan istilik təchizatı sektorunda institusional islahatlarla keçirilən mövcud bazar və texnologiyalardakı yeniliklərlə tanış etmək, eləcə də Azərbaycanda bu sektorun inkişafında beynəlxalq praktikanın istifadə olunması imkanlarının öyrənilməsidir.

Tədbirdə Dünya bankı, Fransa, Litva, Belçika, AYİB, Ukrayna, Polşa, Rusiya və digər ölkələrin ekspertləri iştirak edəcək.Konfransın açılışında sənaye və energetika naziri Məcid Kərimovun iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti