...

Azərbaycan neftinin qiyməti aşağı düşməkdə davam edir

Energetika Materials 29 Noyabr 2005 12:37 (UTC +04:00)

Noyabrın 28-də bir barel AZERI LT CIF neftinin qiyməti $55,19 təşkil edib
(əvvəlki qiymətlə müqayisədə $0,08 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Noyabrın 28-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $48,00 təşkil edib ($0,47 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Noyabrın 28-də bir barel Brent (DTD) neftinin qiyməti $53,32 təşkil edib ($0,12 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti