...

Dövlət Neft Şirkəti 2006-cı ildən yeni quyuların hesabına qaz hasilatını artırmaq niyyətindədir

Energetika Materials 14 Dekabr 2005 17:20 (UTC +04:00)

İlin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti istismara 18 qaz quyusunu istismara verib ki, onlardan 13-ü Azneft İB-nin balansında olan Neft-Qaz Çıxarma İdarələrinin (NQÇİ), 5-i quruda işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərininrə payına düşür. ARDNŞ-dən Trend ə verilən məlumata görə, 14 quyu qazma işlərindən, 4-ü isə təmir işlərindən sonra istismara verilib. Bu gün ARDNŞ-in fəaliyyətdə olan quyu fondu 81 ədəd təşkil edir.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, şirkət 2005-2010-cu illər üzrə qaz proqramının fəal şəkildə reallaşdırılmasına başlayıb. Müxtəlif yataqlarda qaz quyularının qazılması aparılır. "Biz "mavi yanacağın" hasilatının aşağı düşməsinin qarşısının alınacağını və 2006-cı ildən onun artacağını nəzərdə tutmuşuq. Qaz hasilatının kəskin aşağı düşməsi təbiidir və biz bunun qarşımsını almaq iqtidarında deyilik. Lakin gələn ildən yeni quyuların qazılması hesabına qaz hasilatının həcmi artacaq", - deyə ARDNŞ nümayəndəsi bildirib.

Azərbaycan Dövlət Neft Şirkətinin işlədiyi yataqlarda neft və qaz hasilatının artırılması üzrə beş illik proqramın reallaşdırılması üçün ilkin hesablamalara görə $100 mln vəsait tələb olunur. Proqramın reallaşdırılması il ərzində neft hasilatının 2 mln ton, qaz hasilatının isə 2,5 mlrd kubmetr artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti