...

Artur Rasizadə: Azərbaycan hökuməti təyyarə yanacağının qiymətinə yenidən baxmaq niyyətində deyil

Energetika Materials 18 Fevral 2006 11:13 (UTC +04:00)

Azərbaycan hökuməti bir sıra beynəlxalq təyyarə reyslərinin ixtisara salınmasına baxmayaraq, təyyarə yanacağının qiymətinə yenidən baxmaq niyyətində deyil. Trend in məlumatına görə, bu barədə Azərbaycanın baş naziri Artur Rasizadə fevralın 17-də jurnalistlərlə söhbəti zamanı bəyan edib.

Onun sözlərinə görə, AZAL Dövlət Konserin hələlik hökumətə ölkənin daxili bazarı üçün təyyarə yanacağının tariflərinin aşağı salınması ilə bağlı təkliflə müraciət etməyib. "Bizim belə planımız yoxdur. Hər şey sərfəli olmalıdır. Əgər onlar reysləri ixtisara salıblarsa, deməli, bu, gəlirli deyil", - deyə baş nazir bildirib.

Xatırladaq ki, bu həftə AZAL İstambula 16%, Nijni Novqoroda 50%, Londona - 30%, Tehrana - 40%, Mineralnıe Vodı şəhərinə təyyarə uçuşlarının 50% ixtisara salındığını bəyan edib . Bundan əlavə, fevralın 17-dən AZAL Dehli və Hələbə (Suriya) reyslər dayandırıb. Fevralın 1-dən Kabilə, fevralın 7-dən isə Kəraçiyə uçuşlar dayandırılıb.

AZAL -ın bu məsələ ilə bağlı yaydığı məlumatında bildirilir:"TS-1 markalı aviasiya yanacağının qiymətinin bahalaşması AZAL öz tarifləriə yenidən baxmağa məcbur edib ki, bu da öz növbəsində bu istiqamətlərdə sərnişin axınının azalmasına və yerinə yetirilən uçuşların gəlirliliyinin azalmasına gətirib çıxarır ".

Xəbər lenti

Xəbər lenti