...

Bu ilin yazında Gobustan Operating Company seysmik kəşfiyyat üzrə podratçını müəyyən edəcək

Energetika Materials 20 Fevral 2006 14:03 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsində çalışan Gobustan Operating Company əməliyyat şirkəti bu il yazın sonlarında işlədiyi yataqlarda seysmik tədqiqatlar aparmaq üçün podratçı şirkəti müəyyən etmək məqsədilə tender keçirmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Bu ilin yayında GOC bütün "Cənub -Qərbi Qobustan" müqavilə sahəsində 2 və 3 ölçülü (2D i 3D) seysmik kəşfiyyat aparmaq niyyətindədir. "Cənub-Qərbi Qobustan"a daxil olan "Daşgil", "Duvannı" və "Kənizadağ" yataqlarında 200 kvadr.km sahədə 3 ölçülü, "Mərkəzi" və "Şimal" bloklarda isə 480 kvadr.km ərazidə isə 2 ölçülü seysmik kəşfiyyat aparılacaq.

Əldə olunan məlumatların izah olunmasının bu ilin sonlarınadək başa çatacağı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti