...

Naxçıvan qaz-turbin elektrik stansiyasının birinci və ikinci enerji blokunun iş sxemi tamamilə yerinə yetirilib

Energetika Materials 15 Mart 2006 16:38 (UTC +04:00)

Naxçıvan qaz-turbin elektrik stansiyasının birinci və ikinci enerji blokunun iş sxemi tamamilə yerinə yetirilib. Trend in məlumatına görə, "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, hazırda qazın təzyiqinin tənzimlənməsi sistemindəki bəzi çatışmazlıqlar aradan qaldırılır və bundan sonra bloklar işə salınacaq.

Naxçıvan MR energetika idarəsinin rəisi Yasin Səfərov bildirib ki, bu ayın sonunda həmin blokların işə salınması gözlənilir.

Bu elektrik stansiyasında "Azərenerji"nin xarici tərəfdaşlarının iştirakı ilə dörd analoji aqreqat yenidən qurulur. Hazırda digər iki blokda Almaniyanın Enerco, İtaliyanın GTT və Avstriyanın ABB şirkətləri onların Avropadakı zavodlarından gətirilmiş avadanlığın montajı və quraşdırılmasını həyata keçirir.

Y.Səfərovun sözlərinə görə, 40 MVt gücündə olan elektrik stansiyasının tamamilə işə salınması 2006-cı ilin aprelin sonuna planlaşdırılıb. Bu, NMR-in enerji təchizatı problemini həll etməyə imkan verəcək. Məlum olduğu kimi, NMR blokadadadır və elektrik enerjisinin əsas hissəsini İran və Türkiyədən alır.

2006-cı ildə muxtar respublikada həmçinin yeni modul tipli stansiya inşa ediləcək ki, bu da NMR-də generasiya gücünü 90 MVt. artıracaq. Bununla yanaşı, perspektivdə Ordubad rayonunda Araz çayı üzərində 36 MVt gücündə SES-in inşası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti