...

ARDNŞ-də kadr dəyişiklikləri aparılıb

Energetika Materials 3 Aprel 2006 13:16 (UTC +04:00)

ARDNŞ-in quruda və dənizdə neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyinin (İB) yeni baş mühəndisi təyin edilib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, bu vəzifəyə "28 May" adına neft-qaz hasilatı idarəsinin keçmiş rəisi Telman Cəfərov təyin edilib.

İB-nin baş mühəndisi vəzifəsi əvvəllər bu vəzifəni icra edən Şahin İsmayılovun İB-nin direktoru təyin edilməsindən sonra boşalıb.

"Azneft" İB-yə əvvəllər Yavər Camalov rəhbərlik edib. Hazırda o, Azərbaycanın müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.

ARDNŞ-dən onu da bildiriblər ki, "Azneft" İB-nin "Balaxanıneft" NQÇİ-nin rəisi Mübariz Əhmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə əvvəllər bu NQÇİ-nin baş mühəndisi vəzifəsini icra edən Güloğlan Əhmədov təyin edilib. M.Əhmədov ARDNŞ-in quruda və dənizdə neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi (İB) baş mühəndisinin müavini təyin edilib.

Xəbər lenti

Xəbər lenti