"Azəriqaz" QSC-nin məlumatına görə, son vaxtlar özlərini rayon qaz idarələrinin əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən əhalidən qazdan istifadə haqqının alınması üzrə bir neçə fakt aşkar olunub.
Trend in xəbər verdiyi kimi, "Azəriqaz"ın məlumatına əsasən, QSC əhalinin nəzərinə çatdırır ki, hər bir abunəçi tərəfindən alınmış qaza görə ödəniş bank və poçt şöbələrində müstəqil surətdə həyata keçirilməlidir. Digər ödəniş formaları isə qadağan olunur.