...

ABƏŞ "Azəri" yatağında qazın laya təkrar vurulmasına başlayıb

Energetika Materials 26 May 2006 18:19 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Kompressor və Suvurma Platforması (KvəSP) Mərkəzi Azəri hasilat, qazma və yaşayış platformasında (MA HQY) bu yaxınlarda tamamlanmış 13-cü quyu vasitəsilə Fasilə layına bir gündə 35 milyon standart kubfut qaz vurmaqla mayın 24-də səhər saat 9:40-da işə salınıb.

Trendin ABƏŞ-in press relizinə istinadən verdiyi məlumata görə, 13-cü quyuya vurulan qazın həcmi indi gündəlik təxminən 100 milyon standart kubfuta qaldırılmışdır və 2008-ci ilə qədər qalan beş qazvurma quyusu tamamlandıqca və qaz sisteminə birləşdirildikcə laya vurulan qazın həcmi gündəlik ümumilikdə maksimum 1 milyard standart kubfuta çatacaq.

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator - 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%).

KvəSP tamamilə Bakı yaxınlığındakı Amek-Tekfen-Azfen (üst modullar) və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (dayaq bloku) tikinti-quraşdırma sahələrində inşa olunmuş dünya səviyyəli bir obyektdir.

KvəSP platforması Mərkəzi, Qərbi və Şərqi Azəri platformalarına gələcək hasilat əməliyyatları üçün zəruri olan suvurma və qazvurma xidmətlərini təmin etmək üçün layihələşdirilmişdir. Bu məqsədlə Azəri yatağının işlənməsi ərzində ümumilikdə maksimum 6 qazvurma quyusundan, 72 suvurma quyusundan və yan lülə quyularından istifadə olunacaq.

Bu platformanın həmçinin səmt qazının nəqli ilə bağlı əməliyyatları da idarə etmək və elektrik enerjisi təmin etmək imkanı var.

Xəbər lenti

Xəbər lenti