...

Azərbaycan və Qazaxıstan hökümətləri neftin BTC üzrə birgə nəqli barədə hökümətlərarası razılaşmanın son variantını gözdən keçirir

Energetika Materials 7 İyun 2006 17:17 (UTC +04:00)

Neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə birgə nəqli barədə Azərbaycan və Qazaxıstanın hökümətlərarası razılaşmasının işlənməsi artıq başa çatıb və bu gün ölkə hökümətləri onun beynəlxalq tələblərə uyğun olmasının sonuncu variantını gözdən keçirirlər. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda Qazaxıstanın Energetika və mineral resurslar nazirinin müavini Ləzzət Kiinov jurnalistlərə verdiyi müsahibə zamanı bildirib.

Onun sözlərinə görə, sənədin imzalanma tarixini Azərbaycan və Qazaxıstan dövlət başçıları müəyyən edəcəklər.

O göstərib: "Qazaxıstan neftimizin dünya bazarlarına ixracında çox istiqamətli siyasətə malikdir. Ona görə də biz hər zaman çalışırıq ki, bizdə bir neçə variant olsun".

Qazaxıstanın Türkiyədəki NEZ-in tikintisinə hansı investisiyaları qoyacağı barədə suala isə, L.Kiinov cavab verdi ki, ölkə başqa dövlətlərə investisiya qoyuluşu sahəsində böyük imkanlara mailkdir. O deyib: "Qazaxıstan bu cür zavod tikmək imkanına malikdir və əgər bu zavod tikilərsə, o zaman biz onu lazımi neftlə təchiz edəcəyik. Zavod Türkiyənin şimal-qərb hissəsinlə tikiləcək".

Xəbər lenti

Xəbər lenti