...

"LUKoyl"un birinci vitse-prezidenti: Şirkət Azərbaycanda yeni neft və qaz layihələri üzrə danışıqlar aparır

Energetika Materials 7 İyun 2006 18:40 (UTC +04:00)

"LUKoyl" şirkəti Azərbaycan ərazisində karbohidrogenlərin hasilatı ilə bağlı bir sıra layihələ maraq göstərir. Bu barədə Trend ə şirkətin birinci vitse-prezidenti Ravil Maqanov bildirib.

Onun sözlərinə görə, şirkətin maraq dairəsinə "Ümid-Babək" və "Qoşadaş" kimi perspektivli struktur layihələridir.

R. Maqanovun dediklərinə görə, hazırda "LUKoyl" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə danışıqlar aparır.

"LUKoyl" ARDNŞ ilə "Yalama" (D-222) perspektivli strukturunda kəşfiyyat müddətinin uzadılması barədə də danışıqlar aparır.

Onun dediklərinə görə, bu strukturun kifayyət qədər mürrəkəb olduğu aşkarlanıb. "Strukturu daha yaxşı anlamaq üçün əlavə tədqiqat və seysmik kəşfiyyatın aparılması, Rusiya hissəsində, "Xəzri" strukturunda quyunun qazılmasına əlavə vaxt lazımdır" - deyə o qeyd edib.

Quyu ən yaxşı halda 2008-ci ildə həyata keçirilə bilər. "Lakin, çox ehtimal ki, biz əvvəl Xəzərin Rusiya hissəsində yerləşən "Xəzri"də qazıntı aparacağıq və strukturun quruluşunu öyrəndikdən sonra "Yalama"dan nəyi gözləməli olduğumuzu anlaya bilərik" - deyə P.Maqanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti