...

Azərbaycan Odessa-Brodı-Plotsk boru kəmərinin istifadəsində müsbət məqamlar görür

Energetika Materials 8 İyun 2006 16:18 (UTC +04:00)
Azərbaycan Odessa-Brodı-Plotsk boru kəmərinin istifadəsində müsbət məqamlar görür

ARDNŞ prezidenti Rövnəq Abdullayev ''Ukrtransnafta'' və ''Ukrnafta'' Açıq Səhmdar Cəmiyyətlərinin üzvlərindən, o cümlədən Avropa İttifaqının ayırdığı qrant çərçivəsində ukraynalılarla birgə fəaliyyət göstərən polşalı mütəxəssislərdən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə"Trendə" ARDNŞ-dən məlumat verilib.

Ukrayna nümayəndə heyəti Odessa-Brodı neft kəmərinin Plotska qədər uzadılması layihəsi haqqında məlumat verib. Bundan başqa nümayəndələr Ukraynada ARDNŞ-lə birlikdə Azərbaycan neftinin emalı ilə məşğul ola biləcək müəssisələr yaradılması haqda niyyətlərini bildirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Avropa bazarlarına alternativ çıxış kanallarının yaradılmasında Azərbaycanın maraqlı olduğunu qeyd edib. Bu baxımdan Odessa-Brodı-Plotsk layihəsinin perspektivləri də nəzərdən keçirilə bilər. "Avropa İttifaqının dəstəklədiyi həmin layihədə Azərbaycan üçün müsbət məqamlar var", - deyə R.Abdullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti