...

"Günəşli" yatağında yüksək debitli yeni quyu qazılıb

Energetika Materials 13 İyun 2006 15:55 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Azneft" İB-nin "28 May" NQÇİ "Günəşli" yatağında 19 saylı platformada qazılmış yüksək debitli quyunu istismara verib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

Bu quyu sutkada təxminən 220 ton neft verir. Quyunun kəsiyində daha bir neçə məhsuldar horizontlar qeydə alınıb ki, bunlar da gələcəkdə işlənəcək.

8 quyunun qazılması nəzərdə tutulmuş "Günəşli-19" platforması 2001-ci ildə istismara verilib. Hazırda 8 quyudan sutkada təxminən 1 700 ton neft hasil olunur. Bu il "Günəşli" yatağında 6 istismar quyusu qazılacaq. Bunun 4-ü artıq başa çatıb. Yerdə qalan quyular isə ilin sonunadək hazır olacaq.

Xəbər lenti

Xəbər lenti