...

"AÇG" layihəsi çərçivəsində "Azərbaycan" gəmisi müasirləşdirilib

Energetika Materials 22 İyul 2006 12:12 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənmə layihəsi çərçivəsində "Azərbaycan" kran gəmisinin (DBA) müasirləşdirilməsi üzrə işlər tamamlanıb və bu, ona gələn ilin əvvəlində Faza 3 çərçivəsində suyun lap dərinliyində işləməyə imkan verəcək. Bu barədə "BP Azerbaijan" şirkətindən xəbər veriblər. Trend in xəbər verdiyi kimi, hazırda "Şərqi Azəri"dəki yaşayış bloklu və texniki təminat sistemli qazma platformasının üst tikililəri dənizə göndərilmək və orada quraşdırılmaq üçün hazırdır. "Şərqi Azəri" platforması "Azəri" yatağının şərq hissəsində suyun 150 metr dərinliyində quraşdırılacaq. Platformanın istinad bloku 2006-cı ilin mart ayında dənizdə quraşdırılıb. Dənizdə üst tikililərin birləşdirilməsinin tamamlanmasından sonra 2006-cı ilin sonunadək, qrafiki bir neçə ay qabaqlamaqla, "ŞA" platformasından neft hasil ediləcək. "ŞA" platformasının məhsuldarlığı gündə 260 min barelə qədər artacaq.

"Dərin sulu Günəşli"də (Faza 3) hazırda 60% iş yerinə yetirilib. Faza 3 üzrə işlər qrafikə müvafiq olaraq davam etdirilir və hasilatın 2008-ci ilin ikinci rübündə başlanacağı güman edilir.

Ölkədə "Dərin sulu Günəşli" üçün mühəndis-texniki təminat sistemli və yaşayış bloklu qazma platforması (YQP) üçün üst tikililərin hazırlanması üzrə işlərin 55% yerinə yetirilib.

"YQP" istinad bloku 175 metr dərinlikdə quraşdırılmaq üçün layihələndirilib. İstinad blokunun tikintisi üzrə işlər 86 faiz yerinə yetirilib. Faza 3 üçün tikilməli olan son tikili - qaz hasilatı, sıxılması və suyun vurulması üçün mühəndis-texniki sistemli platformanın istinad blokudur. Bu istinad blokunun tikintisi 22% yerinə yetirilib.

Qaz hasilatı, sıxılması və suyun vurulması üçün mühəndis-texniki sistemli platforma üçün üst tikililəri olan göyərtə 39% yerinə yetirilib. Bu göyərtənin tikintisinin 2007-ci ilin dördüncü rübündə tamamlanacağı gözlənilir.

Faza 3 su vurucu sualtı sistem obyektləri üçün tədarüklərin layihələndirilməsi və həyata keçirilməsi 82% yerinə yetirilib. Bu sistem "Dərin sulu Günəşli" platformasından təxminən 5 km məsafədə iki sualtı qazma mərkəzində qazılmış sualtı ağızlı altı quyu vasitəsilə sutkada 400 000 bareldən çox suyun "Dərin sulu Günəşli"də laya vurulmasına imkan verəcək.

Layihə üzrə sualtı boru kəmərlərinin çəkilməsi üzrə qalan işlərə "Şərqi Azəri"yə su vurulması üçün 16" boru kəmərinin çəkilişinin tamamlanması (4.5 km) və mövcud olan iki 30" neft ixrac kəmərinin və bir 28" qaz ixrac kəmərinin Faza 3 platformalarındakı qurğulara qoşulması daxildir.

AÇG layihəsinin 3-cü Fazası Səngəçal terminalının genişləndirilməsi proqramının növbəti mərhələsidir. Yeraltı sistemlərin quraşdırılması artıq tamamlanıb, hazırda boru estakadalarının və qızdırıcı qurğuların tikintisi aparılır. Genişləndirmə proqramı çərçivəsində bütün qurğuların tikintisi 2007-ci ilin dördüncü rübü ərzində tamamlanmalıdır və bu Səngəçal terminalının genişləndirilməsi üzrə bütün təsdiq edilmiş işlərin sonu olacaq.

Xəbər lenti

Xəbər lenti