...

"Çiraq" platformasında təmir işləri aparılacaq

Energetika Materials 7 Sentyabr 2006 16:44 (UTC +04:00)

"Çiraq" platformasının yaxşılaşdırılması layihəsi çərçivəsində bu il oktyabrın 19-da onun 10 günlüyə dayandırılması planlaşdırılıb. Bu barədə Trend ə "Azəri-Çiraq-Günəşli" yataqlarının işlənilməsi layihəsinin operatoru "BP Azerbaijan" şirkətindən bildirilib.

Platformanın səmərəliliyini və möhkəmliyini yaxşılaşdırmaq məqsədi ilə görüləcək işlər zamanı müəyyən qurğular dəyişdiriləcək, laylara vurulan suyun həcmi artırılacaq və avadanlıqlara texniki baxış keçiriləcək.

Bir qədər əvvəl isə şirkət platformada batareya sisteminin komponentlərini dəyişmək məqsədi ilə əvvəlcədən nəzərdə tutulmayan dayanmadan istifadə etmişdir. Bu işlər daha gec bir vaxta nəzərdə tutulmuşdu.

Şirkətin hesablamalarına görə, il ərzində "Çiraq" platformasından orta sutkalıq hasilat 141 min barrel təşkil edəcək. Hazırda "Çiraq" platformasında 20 quyu istismara verilir. İlin birinci yarısında platformadan 27,5 mln. bparrelə yaxın (və ya 3,7 mln. ton) neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti